Görün,7-ci sinif şagirdi Heydər Əliyevi necə təsvir etdi-FOTO

Əsrin dövlət adamı-Bir gerçəyin bəyanı

20-ci yüz ildə dünya siyasi səhnəsinə yüzlərcə siyasətçi, dövlət adamı,öz xalqının xilaskarı, gəlmiş -keçmiş, yaddaşlarda silinməz izlər buraxmış. Aralarında çox dəyərli elm və mədəniyyət, zəngin iş insanı, peşəkar hərbiçi başqa bir çox vəsflərlə vəsiflənmiş, hər birinin dəyəri ayrı, davranışı ayrı və bir çox cəhətlərlə tarixdə yer almışlar. Ancaq inanmaq çətindir ki, bu böyük şəxsiyyətlərin hansısa birində bu qədər müxtəliflik , bu qədər çeşidlilik, bu qədər zənginlik cəm olmuş olsun.

Bir dövlət qədər sirrlərlə dolu, son nəfəsinə qədər vəzifə başında keçən uzun bir ömür. Heydər Əliyev əsrinin bir dövlət adamı, bir dövlət başçısına lazım olan bəlkə bütün xüsusiyyətlərə, qabiliyyətlərə keyfiyyətlərə malik, nitqində bir ordu gücü, bir dövlət qüdrəti var olan bir rəhbər…

O, müasiri olan həmkarlarından çox fərqlənir. Heydər Əliyev XX əsr dünya dövlətləri və siyasətçiləri arasında “Bir Dövlət Adamı” , “Bir Dövlət Başçısı” ünvanına layiq vahidi qiyasi, bir rəmz, bir simvol olaraq bilinməsi gərəkən tək nümunədir!

Nitqində bir ordu gücü , bir dövlət qüdrəti var olan Tək Başına bir Dövlət !!

Harda, nə zaman dünyaya gəlsəydi şübhə yox ki, ancaq Bir Dövlət Adamı, Bir Dövlət Başçısı olardı !!!

Əbdürrəhim Davud

Mingəçevir şəhər R.Mirabov adına 7 №-li tam orta məktəbinin 7c sinif şagirdi