Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xurayci Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin son vaxtlar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən il dekabrın 15-də Ər-Riyadda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının keçirilməsi, həmçinin yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi əlaqələrin daha da möhkəmləndiyini göstərir.