Əməkdar artist :”Namiq MƏMMƏDLİ gözəl ürəyi olan jurnalist, ədəbiyyatı sevən, mədəniyyətimizin bütün dəyərlərini özündə cəmləşdirən bir insandır”
Baş redaktor Namiq MƏMMƏDLİ və əməkdar artist Nazir Rüstəm
Bu gün Sumqayıt şəhərində “Ədalət işığında” Ədəbi-bədii məclisinin növbəti tədbirində əməkdar artist Nazir Rüstəm iştirak edib.O, canlı yayım zamanı özünün yazdığı şeri və xalq şairi Bəxtiyar Vahabzadənin “Barmaqlar” şeirini ifa edib.
Əməkdar artist sonra Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədlini 55 illik yubileyi münasibətilə təbrik edib. Əvvəlcə baş redaktorun vaxtilə onun haqqında yazdığı məşhur bir yazını xatırladıb. Və qeyd edib ki, həmin yazıdan sonra o, “Azərbaycanın əməkdar artisti” fəxri adını alıb.
Nazir Rüstəm canlı yayımda Namiq MƏMMƏDLİ haqqında bu sözləri deyib:”Namiq MƏMMƏDLİ gözəl bir ürəyi olan jurnalist, ədəbiyyatı sevən, mədəniyyətimizin bütün dəyərlərini özündə cəmləşdirən bir insandır.55 yaş nədir? Hələ hər şey qarşıdadır. Öpürəm sizi, təbrik edirəm!”
Sabaha-inamla.az