Əlcəzairin “Əl Hərir” portalında Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin Şuşa sessiyası haqqında AZƏRTAC-ın ərəb dilində xəbəri yayımlanıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Sammit iştirakçıları Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər. Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə 2021-ci il oktyabrın 4-də təsis edilmiş Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edilib.
Portalda, həmçinin Sammitdə Sudanı təmsil edən Mustafa Əbdel Halim Mahmudun bu mötəbər tədbirin əhəmiyyəti barədə AZƏRTAC-a verdiyi müsahibə də yayımlanıb.