Gəncədə Gəncləri Günü necə qeyd olunub?-FOTOLAR

168

Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir təşkil olunub.

Kanal32.az-a verilən məlumata görə,Heydər Əliyev Mərkəzində baş tutan tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi,  Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Toplantıda  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncləri təbrik edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb. O bildirib ki, bu əlamətdar tarixi gün ümummilli liderimizin adı ilə bağlıdır. “Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin zəruri qanunverici bazasının formalaşmasını təmin edib. Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün də öz töhvəsini verməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları qəbul edilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri sosial həyatın bütün sferalarında təmsil olunur və özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Bu baxımdan gənclərdə sosial məsuliyyət hissini, onların fəallığını artırmaq, gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Bunlardan biri də 2020-ci ilin, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan edilməsidir. Könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun da əsas prioritet istiqamətlərindən biridir”, – deyə Niyazi Bayramov qeyd edib.

Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Mirzəyev hesabat nitqi ilə çıxış edərək, 2019-cu ildə gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan  danışıb.

Daha sonra söz gənclərə verilib. Çıxışlar zamanı 2 Fevral – Azərbaycan Gəncləri Gününün yaranma tarixinə nəzər salınıb, Gənclər siyasətinin Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğun vurğulanıb.

Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə “2 Fevral – Gənclər günü” münasibəti ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

kanal32.az