İcra hakimiyyətindən bayram həmrəyliyi-FOTO

249

Dünya Azərbaycanılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Mingəçevir şəhər icra hakimiyyətinin təşəbbüsü ilə bayram tədbiri keçirilib.

Kanal32.az bildirir ki,bayram şənliyində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan Uşaq Gənclər İnkişaf mərkəzinin aparıcıları bayram münasibəti ilə hər kəsi təbrik edib və çıxış üçün sözü Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılova veriblər.

Başçı bildirib ki, ölkəmiz  yeni ilin astanasındadır: ”Bir neçə gündən sonra unudulmaz anlarla yadda qalan 2019-cu il tarixə qovuşacaq. Yola saldığımız il respublikamızın həyatında əlamətdar hadisələrlə zəngin olub. Hər şeydən əvvəl Azərbaycanın ev sahibliyi ilə həyata keçirilən möhtəşəm beynəlxalq tədbirlər tarixin yaddaşında əbədi həkk olunacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatının VIII Bakı Sammiti və s. deyilənləri əyani şəkildə sübut edir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Qoşulmama Hərəkatının VIII zirvə sammitində Azərbaycan 3 il müddətinə bu hərəkata sədrlik edəcək.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı əməli fəaliyyətin nəticəsində mümkün olmuşdur. Məhz buna görə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Bizə inanır və etibar edirlər. Regionun lider dövləti kimi bölgədə həyata keçirilən ən mötəbər tədbirlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Cənab Prezidentin daxili və xarici siyasəti məhz ölkə vətəndaşlarının daha firavan,  məmnunluq hissi ilə yaşamasına yönəldilib. Bu siyasət ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamıdır.

İcra Hakimiyyətinin başçısı Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən,həyata keçirilən layihələrdən də danışıb.Çıxışının sonunda İlham İsmayılov mərasim iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirdi.

Bayram mərasiminə  Şaxa baba və Qar qızın gəlişi xüsusi ab-hava gətirib.Mədəniyyət işçilərinin və Uşaq Gənclər İnkişaf mərkəzinin mahnı və rəqs qrupu bir-birindən maraqlı rəqs nömrələri ilə tədbirə rəng qatıblar.

Kanal32.az

İxtiyar Həsənli