Millət vəkili “Bakı Bəyənnaməsi”ndən yazdı-FOTO

Kanal32.az xəbər verir ki,Ana Vətən partiyasının sədri,Milli Məclisin Deputatı Fəzail Ağamalı üç qardaş ölkə- Azərbaycan, Türkiyə  və Pakistan arasında imzalanmış “Bakı Bəyənnaməsi” ilə bağlı öz facebook hesabında paylaşım edib.

27 iyul 2021 – ci ildə daha bir möhtəşəm tarixi sənəd – Azərbaycan, Türkiyə  və Pakistan parlament sədrlərinin imzası ilə Dostluq və yüksək səviyyəli parlament əməkdaşlığı haqqında “Bakı Bəyənnaməsi “qəbul edildi. 44 günlük ZƏFƏR daha bir tarix yazdı. Gələcək ugurlarımıza təkan verən, Müdrik Prezidentimiz İlham Əliyevin Böyük, Güclü Azərbaycana hədəflənən yol xəritəsinin növbəti səhifəsi qızıl həriflərlə yazıldı. Xoşbəxtəm ki , bu qürurverici hadisələrin iştirakçısıyam.

Kanal32.az