Türkiyənin səfiri Qırğızstandakı türk təşkilatlarının rəhbərləri ilə görüşüdü-FOTOLAR

Türkiyə Cumhuriyyətinin Qırğızstan Respublikasındakı səfiri bu ölkədə fəaliyyət göstərən iki türk təşkilatının rəhbərini qəbul edib.

Kanal32.az xəbər verir ki,Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov və Dünya Axıska Türkləri Birliyinin qurucusu  Murafəddin Sakimov Türkiyə Cumhuriyyətinin Qırğızstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmed Sadıq Doğanla görüşüblər. Səfirlikdə baş tutan görüşdə bir sıra qarşılıq doğuran önəmli məsələlər müzakirə edilib. Türkiyəli diplomat keçirilən görüşdən məmnunluğunu ifadə edib və bu qəbildən olan ictimai təşkilatlarla davamlı işlərin aparılmasının vacibliyini vurğulayıb.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov işlərinin çoxluğuna rəğmən onları yüksək səviyyədə qəbul etdiyinə görə səfir Ahmed Sadıq Doğana öz təşəkkürünü bildirib. O qeyd edib ki, türk dünyasının birliyi naminə bütün səylərimizi birləşdirlməli və siyasi-ideoliji sahədə qarışlıqlı əməkdaşlığımızı genişləndirməli və inkişaf etdirməliyik.

Dünya Axıska Türkləri Birliyinin qurucusu və məclis üzvü  Murafəddin Sakimov da keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu addımın gələcək fəaliyyətləri üçün xüsusi önəm daşıdığını deyib. Daha sonra hər iki təşkilat sədri səfir Ahmed Sadıq Doğana xatirə hədiyyəsi və Türk dünyası ilə bağlı kitablar təqdim ediblər.

Kanal32.az