Prezidentin fərdi təqaüdçücü baş redaktor haqqında nə dedi və ona nə arzuladı-VİDEO

Avqustun 5-də tanınmış jurnalist, Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədlinin 55 yaşı tamam oldu. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov onu Fəxri Fərmanla təltif etdi.
Sumqayıt Poeziya Evində keçirilən tədbirdə mükafatı baş redaktora məsul şəxs Fərman Kazımov təqdim etdi.
Tədbirdə çıxış edən Prezidentin fərdi təqaüdçüsü, şairə Ofelya Babayeva baş redaktor Namiq Məmmədlini təbrik edərək onun  haqda bu sözləri dedi:”Nədir üstün cəhətləri Namiq Məmmədlinin?İlk növbədə Azərbaycançılıq, ilk növbədə milli ideyaya xidmət etmək. Birlik, insanları sevmək.Təbii ki, bu da onun mənsub olduğu nəsildən gəlir… Sən bir oğul kimi Azərbaycan xalqının ən ləyaqətli övladlarından birisən. Ona görə ki, Azərbaycan xalqını sevirsən, millətini sevirsən,dövlətini sevirsən, onun başçısını sevirsən. Bütün bunlara görə mən sizə təşəkkür edirəm. Arzu edirəm ki, Şuşada Xankəndində,Füzulidə olasan”.
Sabaha-inamla.az