“Ədalət işığında” ədəbi məclisi-Namiq Məmmədlinin yubileyini qeyd etdi-55-İN MÜBARƏK!-VİDEO

6 avqust 2022-ci il tarixdə “ƏDALƏT İŞIĞINDA” Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu.
“Ədalət işığında” ədəbi-bədii məclisin sədri, AYB və AJB-nin üzvü Ədalət Əroğlu Məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri Hüquqşünas, şair-publisist Ədalət Qafarov (ƏROĞLU) Vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, döyüşlər zamanı xəsarət alan Müharibə Veteranları, Qazilərimizə isə Allahdan sağlamlıq dilədi.

Ədəbi məclisin sədri çıxış edərək bildirdi ki, 05 avqust 2022-ci il tarixdə Azərbaycanımızın vətənpərvər yazarlarından biri olan, Sabaha-inamla.az xəbər saytının Təsisçisi və Baş redaktoru Namiq Məmmədlinin dünyaya gəliş günü, yəni “Ad Günü”, 55 illik Yubiley ili olmasını bildirdi. Məclisin sədri Ədalət Əroğlu Namiq müəllimi 1993-cü illərdə Sumqayıt şəhər Məhkəməsində çalışdığı illərdən ta bu günkü tarixə kimi tanıdığını, onun yaradıcılığına bələd olduğunu bildirdi. Baş Redaktorun gecəsini-gündüzə qataraq daimi Şəhid və Qazi Ailələrini, eləcədə Ölkəmizin ictimaii-siyasi xəbərlərini mütəmadi olaraq yüksək səviyyədə rəhbəri olduğu Sabaha-inamla.azxəbər saytında təmənnasız yerləşdirməsi, ölkə ictimaiyyətinə xəbərlərin düzgün çatdırmasını vurğuladı. Ad Günü münasibəti ilə dəyərli jurnalistimizi “Ədalət işığında” ədəbi məclis və eləcədə rəhbəri olduğu “İZZƏT” MMC Hüquq Xidməti və Tədris Mərkəzinin kollektivi adından təbrik edib ona uzun ömür, can sağlığı, ədəbi yaradıcılığında uğurlar diləyib növbəti Ad Günlərini Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngəzur Mahalında qeyd etməsini arzuladı.

Məclisin sədri Baş redaktorun 5 avqust tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov onu şəhərin ictimai həyatında fəal iştirak etdiyinə görə və 55 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif etdiyini bildirdi. Fəxri Fərmanın 5 avqust tarixdə Sumqayıt şəhər Poeziya Evində keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsi Fərman Kazımov tərəfindən təqdim olunmasını bildirdi. Bu təltifin İcra Hakimiyyəti başçısının Azərbaycan ədəbiyyatına, jurnalistinə dəyəri kimi qiymətləndirdi.

Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik, publisist şair Miraslan Rasim, AYB və AJB-nin üzvü Şair-publisist Mürvət Qədimoğlu Həkəri, şair-publisist Hidayət Qarabulaq, Sabaha-inamla.az xəbər saytının Təsisçisi və Baş redaktoru, bir çox mükafatlar müəllifi Namiq Məmmədli və gənc qiraətçilər, dinləyicilər iştirak edirdilər. Məclisdə iştirak edən Şairlərimizin hər biri filoloq, jurnalist Namiq Məmmədliyə 55 illiyi, “Ad günü” münasibəti ilə xoş arzu və diləklərini bildirib, özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər.
Sonda məclis iştirakçıları ilə yadda qalan şəkillər çəkdirdikdən sonra çay süfrəsində tədbir davam etdi. Bir sözlə çox maraqlı bir gün oldu.

AYB və AJB-nin üzvü,
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin sədri,
Hüquqşünas-şair
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)