Mingəçevirdə koronavirusu yayan qurumlar hansılardır?

673

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və  Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Belə bir təhlükəli vəziyyətin yaranması və hər ötən gün bunun artmasının səbəbləri sullar doğurmaya bilməz.

Görəsən,sərt karantin rejiminin tətbiq olunduğu yeni şəhər və rayonlarda yoluxmanın sürətlə artması hansı amillərlə bağlıdır? Yerli icra hakimiyyətləri hansı boşluqlara yol verdilər? Niyə pandemiya və epidemiya əleyhinə rejimlərə,sosial izoliyasiya qaydalarına riayət edilmədi? Dezinfeksiya işləri, proflaktik tədbirlər niyə davamlı şəkildə aparılmadı?(Gözdən pərdə asamaq üçün proflaktik tədbir adı altında küçərlərdə şəkil çəkdirmək və onun fəaliyyət kimi dövlətə və cəmiyyətə sırımaq ən azı vicdansızlıqdır)

Kanal32.az olaraq bu sualların cavabını ilk növbədə Mingəçevir şəhərində axtradıq.Və sözün əsl mənasında ortaya  dəhşətli nəticələrə səbəb ola biləcək faktlar çıxıb…

Belə ki,Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının, Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin, Mingəçevir Su-Kanal,Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma,Mingəçevir Regional Qaz İdarələrinin,o cümlədən “KapitalBank”ın Mingəçevir fililaının pandemiya və epidemiya əleyhinə rejimlərin,izoliyasiya qaydalarının ciddi şəkildə pozulması müəyyən edilib(siyahının artması mümkündür).

Hazırda araşdırmamız davam edir və bəzi faktların dəqiqləşdirilməsi aparılır.Adıçəkilən qurumlarla bağlı əldə etdiyimiz foto və videoları bu günlərdə oxuculara və aidiyyatı yuxarı dövlət strukturlarına,eyni zamanda Operativ Qərərgaha təqdim edəcəyik.BİZİ MÜTLƏQ İZLƏYİN…!

Maraqlıdır,görəsn Mingəçevirdə pandemiya şəraitinə,karantin rejiminə,baş vermiş pozuntuların aradan qaldırılmasına Daşkəsən icra hakimiyyətinin başçısı cavabdehdir,yoxsa Mingəçevir Şəhər İcra Hakimiyyətinin??? Bəs polis hara baxır???

DİQQƏT ! Mövcud karantin rejimini pozanlar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirləndirilərək məsuliyyət cəlb olunmalıdırlar.Həmçinin vəzifəli şəxslər 2000 manat cərimə edilməklə, vəzifələrindən azad edilməlidirlər.

Cinayət Məcəlləsinə mart ayında əlavə olunmuş bu maddəyə görə, həmin əmələ yol verən şəxslər 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

ARDI VAR…

Kanal32.az