Bu Təhsil şöbəsinin müdiri təqaüdə göndərildi-FOTO

157

Ucar Təhsil Şöbəsinin müdiri İsrəfilov Fuad Məhəmmədiyyə oğlu təqaüdə göndərilib.

Kanal32.az xəbər verir ki, bu barədə sözügedən Təhsil Şöbəsindən məlmat verilib.

Bildirilib ki, Fuad İsrəfilov Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, icra başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva və Ucar Rayon Təhsil Şöbəsinin məhdud sayda əməkdaşların iştirakı təqaüdə yola salınıb.

Daha sonra Mənsur Məmmədov Ucar Rayon Təhsil Şöbəsinin metodisti Rəna Qasımovanı Ucar Rayon Təhsil Şöbəsinin müdir əvəzi vəsifəsinə təyin edildiyini bildirib.

Qeyd edək ki, F.İsrəfilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.