Gədəbəydə soyğunçuluq törətmiş dəstəni polis rəisi himayə edir?-VİDEO

175

Gədəbəy rayon Polis şöbəsinin rəisi rayonun Plan kəndinin bir qrup sakininin törətdiyi silsilə cinayətləri ört-basdır edir.

Kanal32.az xəbər verir ki,bu haqqda Dünyanınsəsi.Az saytına Gədəbəy rayonun Günəşli kənd sakini Qarabağ qazisi, 2-ci qurup əlil, Yeni Azərbaycan partiyasının üzvü Qasımov Valeh Alırza oğlu danışıb. Şikayətçi videomüraciətində bildirib ki, 02 iyun 2020-ci il tarixdə yaşadığı Gədəbəy rayonun Günəşli kəndində rayonun Plan kəndinin bir qrup sakini qabaqcadan əlbir olduqları Namiq adlı şəxsin dəstəsi tərəfindən fiziki gücə məruz qalıb.Belə ki,quldur dəstə zor tətbiq etməklə onun mal tövləsinə qanunsuz daxil olaraq 4 baş, ümumi qiyməti 8000 azn olan iri buynuzlu mallarını açıq talam yolu ilə ələ keçiriblər. Törədilən cinayət hadisəsi zamanı şikayətçi dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib. Eyni zamanda zərərçəkmiş Valeh Qasımov Gədəbəy rayon Polsi şöbəsinin rəisi Mehman Həşimova da rəsmi qaydada şikayət edib.

Bu hadisənin üzərindən bir neçə gün keçdikdən sonra şikayətçi xırda buynuzlu heyvanlarını yaylağa təhlükəsiz aparmaq üçün yenidən Gədəbəy rayon Polis şöbəsinə müraciət ünvanlayıb.Səbəbi isə təsərrüfatına məxsus olan qoyun sürüsünün ona qarşı soyğunçuluq etmiş dəstənin yaşadığı Plan kəndin ərazsindən keçməsi olub(çünki yaylağa gedən həmin kənddən keçir). Polis şöbəsində təhlükəsizliyinin təmin ediəcəyinə söz verilən Valeh Qasımovun qoyun sürüsü sözügedən kəndin ərazisindən keçərkən yenidən məlum dəstənin hücümuna məruz qalır.Nəticədə şikayətçinin arvadı və çobanı döyülüb,onların əlindən 50 baş xırda buynuzlu heyvan zorla alınaraq naməlum istiqamətə aparılıb. Həmçinin,hadisəni lentə almaq istəyən çobanın mobil telefonunu əlindən alıblar.Telefonun kabrosunun içərsindəki 300 manat pulu talama yolu ilə əldə ediblər.

Quldurluq hadisəsi zamanı Qarabağ qazisi Valeh Qasımovun həyat yoldaşı və çoban müxtəlif dərəcli bədən xəsarətləri alıblar. Məhz bu xəsarətlərə görə də sözügedən şəxslər Gədəbəy rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsindən ekspertizadan da keçiblər. Qeyd edək ki,zor tətbiq etməklə təkrar soyğunçuluq hadisəsi 12 iyun 2020-ci il tarixində törədilib.

Baş vermiş olayaın ən biabrçı və tükürpədici tərəfi isə ondan ibarət olub ki,yuxarıda qeyd edilən faktlar üzrə Gədəbəy rayon Polis şöbəsində heç bir cinayət işi açılımayıb və quldurluq edən mütəşəkkil dəstəyə qarşı heç bir hüquqi tədbir görülməyib. Əksinə şikayətçi Qasımov Valeh Alırza oğluna İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə icraat başlanılmış və 100 manat məbləğində cərimə edilmişdir. Bütün bu baş verənlərlə bağlı Gədəbəy sakini mətubat vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova videomüraciət ünvanlayıb.Azərbaycan polisinin tarixində görünməmiş qanunsuzluqla üzləşən zərçəkmiş ona kömək edilməsini və şəxsən nazir tərəfindən qəbul edilməsini xahiş edir.

Kanal32.az həmin videomüraciəti olduğu kimi təqdim edirik:

Redaksiya olaraq Gədəbəy rayon Polis şöbəsinin (rəis Mehman Həşimovun) mövqeyini dərc etməyə hazırıq.