Ağ Göl Milli Parkını talayan kimdir?

166

Ağ Göl Milli Parkında  Loğman Mehdiyev müəmması

Siz kimdən deyək,kimdən danışaq,Qarabağ bölgəsinin yeganə qorğu olan Ağ Göl Milli Parkının sabiq direktoru Loğman Mehdiyevdən.O Loğmandan ki,o hələ sabiq nazir Hüseynqulu Bağırovun dövründən daim mətbuatın gündəmindən düşməyib.

Uzun müddətdi mətbuatın gündəmində olan Ağ Göl Milli Parkının direktoru olan Loğman Mehdiyevi  də iki ay öncə nazir Muxtar Babayev vəzifəsindən azad etməsi barədə xəbər yayılmışdı. Lakin sonradan müəmmalı şəkildə Loğman Mehdiyev işinə bərpa olundu. Daha doğrusu o, Ağ Göl Milli Parkının direktor müavini təyin edilib.

Ağ Göl Milli Parkınına “loğmanlıq” etmək istəyən Loğman Mehdiyevin “məharəti”

Qeyd edək ki, bir neçə ay öncə də Loğman Mehdiyev işdən çıxarılmasına baxmayaraq cəmi 3 saat sonra yenidən vəzifəsinə bərpa edilmişdi. Loğman Mehdiyevin işdən çıxarılıb yenidən işinə bərpa edilməsi isə nazirlikdə birmənalı qarşılanmamışdı.Hətta,Loğman Mehdiyev özünə yaxın olan şəxsi Ağ Göl Milli Parkına direktor gətirtmək  üçün çox əlləşib. Həmin vaxt bu  barədə himayədarı- Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə də razılaşıb.Amma,nə yazıq ki,istəyinə nail bilməyib.

Saytımıza verilən məlumata görə,onun ikinci dəfə işindən azad olunub və yenidən həmin qurumda çalışması həm Ağcabədidə,həm də nazirlikdə Muxtar Babayevin biabırçılığı kimi dəyərləndirilir. Çünki direktorluqdan çıxarılıb müavin təyin edilən Loğman Mehdiyev yenə də Ağ Göl Milli Parkının hakimi-mütləq olmağa çalışır və brokonyerlərlə gizli iş birliyindədir. Mənbəmizin iddia edir ki,yeni direktor onun əməllərinin qarşısını almaq üçün maksimum çalışır.

Ancaq bütün bunlara baxmayaraq,Loğman Mehdiyev karantin rejimindən sui-istifadə edərək gizli şəkildə adamları​ vasitəsi ilə​ Ağ Göl Milli Parkında  qanunsuz balıq​ ovunu həyata keçiririblər.

Loğman Mehdiyevin qanunsuz balıq ovunda əsas iştirkaçılar isə Milli Parkın mühafizəsini qoruyan və vaxtı ilə ona “baş üstə” deyən yegerlərdir. Yəni balıqçılarla yegerlər birlikdə Ağ Göldə tor qururlar.Vaxtı ilə bir neçə​ brokenyer​ Milli Parkada yeger kimi işə götürülüb. Və son günlərə kimi məhz Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə həmin yeger-brokonyerlər məşğul olur.Bir sözlə,yeni direktor bu adamın əməllərindən boğaza yığılıb.

Loğman Mehdiyevin qanunsuz əməlləri bir deyil,beş deyil…

-Kütləvi şəkildə balıq ovları…

-14 may 2019-cu ildə Stansiya Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədovun vuruluması..

-İmişlidə fəaliyyət göstərən şəxsi​ balıq vətəgəsinə daşınan balıqlar…

-Qanunsuz olaraq işə götürdüyü və hazırda kənarda qalan yegerlərin taleyi…

-Direktorluğu dövründə qoruqda ovlanması qadağan olunan ceyran və çöl quşlarının ovlanmasına şərait yaratması…

-Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirməsi…və s…

 

Redaksiya olaraq araşdırmamız davam edir və yazıda adı keçən sabiq direktor Loğman Mehdiyevin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az