Gəncədəki sərnişindaşıma şirkətində maliyyə fırıldağı,yoxsa…?-FOTO

110
Əflatun Əliyev külli miqdarda vergidən yayınıb?
Məlum olduğu kimi Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.
(dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
Dəyişikliyə əsasən, şəhərlərarası, rayonlararası sərnişindaşıma xidməti göstərənlər hər oturacağa görə aylıq 1 manat 80 qəpik əvəzinə 50 faiz az – 90 qəpik, taksi fəaliyyəti ilə məşğul olanlar aylıq 9 manat əvəzinə 4 manat 50 qəpik ödəyəcəklər. Bu, son dövrlər karantin rejimində ölkə daxilində rayonlararası və şəhərlərarası sərnişin daşımalarının səviyyəsinin aşağı düşməsi ilə bağlıdır.
Məcəlləyə edilən dəyişikliklərlə mikro sahibkarlıq subyektlərinə mühüm dəstək göstərilib. Ardıcıl olaraq 12 ay ərzində ümumi dövriyyəsi 100 min manatdan aşağı olan subyektlər 2 faiz əvəzinə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunublar.
Son zamanlar yaranan krizis indi dövləti, eləcə də cavabdeh qurumları daha ciddi düşünməyə məcbur edib. Vergidən yayınan gəlirlər, insanların rifah halının yaxşılaşdırılması ən aktual məsələ kimi gündəmə gəlib. Belə olan halda təbii ki, diqqət ilk növbədə büdcədən və vergidən, eləcə də digər social ödəmələrdən yayınanlara yönəldilməli və şəffaflığın təminatı üçün ciddi tədbirlər görülməlidir. Amma ölkənin ikinci şəhəri olan Gəncdə elə müəssisələr var ki, onlar nəinki fəalliyyətinə çəki-düzən vermək istəyir, əksinə daha böyük saxtakarlıqlara yol verirlər.
Bu mənada adı həmişə korrupsiyada hallanan “Simurq kompaniya”sı ön sırada dayanır. Kompaniyanın əsas fəaliyyəti Gəncədə nümunəvi sərnişindaşınmanı təmin etmək olsa da burada bu işdən başqa bütün neqativ hallara, qanunsuzluqlara yol verilir, özbaşınalığa meydan açılır.
Əslində şəhərin ümumi simasının tamamlanmasında nəqliyyat böyük önəm daşıyır. İstər xidməti, istərsə yeniliyi və komfortluğu baxımından. Təəssüf ki, bu barədə uzun illərdir Gəncədə düşünmək istəyən olmayıb və kompaniyanın fəaliyyəti başlı-başına buraxılıb. Xatırladırıq ki, “Gəncə-Simurq” kompaniyasını Əflatun Əliyev yaradıb. O, əvvəlcə, yəni sovet dönəmində taksi-motor parkında yanacaq  doldurma məntəqəsində “yanacaq buraxan” vəzifəsində işləyib. Taksi-motor parkını ələ keçirən Əflatun Əliyev ilkin bələdiyyə seçkilərindən sonra Gəncənin keçmiş icra başçısı Rasim Daşdəmirovun dəstəyi ilə Kəpəz bələdiyyəsinin sədri olub. Bununla yanaşı Gəncədə sərnişin daşımada birinci olan, 300-dən artıq marşurutu özündə birləşdirən “Gəncə-nəqliyyatı”nı qanunsuz yolla zəbt edən bu şəxs daha sonralar 10-larla vətəndaşın hüquqlarını pozmaq hesabına oranı özününküləşdirib və “Gəncə-Simurq” adlandırıb. Ətrafına da özünə sadiq bildiklərini yığıb. Bu dəstənin ön sırasında Sabit Bağırov adlı bir nəfərin ikinci şəxs olmasına şərait yaradıb. Və o vaxtdan bəri Sabit Bağırov Əflatun Əliyevin ən yaxın silahdaşı olub.

Dünyanınsəsi.az – ın əldə etdiyi məlumatlar bir daha təsdiq edir ki, müəssisədə kifayət qədər maliyyə fırıldaqları edilib və dövlətdən milyonlarla manat vəsait gizlədilib. Faktlara müraciət edək. 1 saylı marşruta gün ərzində 13 mikro avtobus buraxılır, günün sonunda onların hər birindən 95 manat plan alınır və bu da ümumi say və məbləğdə 1.235 manat təşkil edir. 2 saylı marşurtda isə günun sonunda bu qayda hesablamaya görə 935, 5 saylı marşrutda 600, 6 saylıda 975, 9 saylıda 520, 25 saylıda 325 manat pul hesablanır və cəmi bu marşrutlardan 4.590 manat gəlir götürülür. Bu bir gündə yalnız “Hundai” markalı mikroabtobuslardan götürülən gəlirdir. Bunu da bir aya vuranda ağıla sığmayan məbləğ yaranır.
Lakin iş bununla bitmir. Gün ərzində daha 60 “QAZel” markalı mikro avtobus da xəttə buraxılır ki, bunların da hər birindən işin sonunda 30 manat pul alınır. Rəqəmlər bütün mətləblərə aydınlıq gətirdi. Yəni, bu  “QAZel”lər gün ərzində 1.800, ay ərzində isə 54.000 min manat müəssisəyə qazanc gətirir. Acınacaqlı olan isə budur ki, bu qədər gəlirin qarşısında bir nəfər belə sürücü əmək haqqı almır. Əmək haqqı alınmırsa deməli xeyli sayda işçi sosial ödəmələrdən və gəlir vergisindən yayınır.
Bəs görəsən, vergi və əmək müfəttişliyinin işçiləri hara baxır? Onların maraqlarını ödəyən nədir ki, bu qədər vəsaitin təyinatına uyğun yönəldilməsini təmin etmək istəmirlər? Axı bugün büdcəyə bir manatın belə xeyiri var. Biz deməsək də təbii ki, maraqlar məlumdur və şəxsi cib büdcədən, səxsi mənafe isə ümumi mənafedən üstündür.
Əgər bu kompaniyanın nəzdində fəaliyyət göstərən 30-dan artıq təmir sexini, ehtiyat hissələrin satışı ilə məşğul olan dükanları, iaşə xidməti göstən obyektləri və onlardan alınan icarəni də bu rəqəmlərərə əlavə etsək ümumi gəlirin məbləğini müəyyən etmək elə də çətin olmaz.
Bu da hələ gəlirin tam olması deyil. Daha bir maliyyə fırıldağı isə oturacaqların sayının azaldılması ilə həyata keçirilir. Xəttə buraxılan hər nəqliyyat vasitəsinin oturacaq tutumu 18-20 olsada bu texniki pasportda 16 göstərilir və bütün xərclər pasportdakı sayla hesablanır. Üstəlik Gəncədə də ayaqüstə gedən sərnişinlərin sayı yetərincədir. Belə olan halda Gəncə DYP-un susqun olması da anlaşılan deyil.
Müəssisədə baş verən qanunsuzluqlar bunlarla yekunlaşmır. Sərnişinlərin həyatı üçün təhlükə yaradan sahələr isə tamamilə nəzarətsiz qalıb. Gün ərzində 150-dən artıq mikroavtobusu xəttə buraxan müəssisə rəhbərliyi vətəndaşların həyatı üçün yaratdıqları təhlükəyə bilə-bilə göz yumurlar və özbaşınalığa şərait yaradırlar. Yəni, hazırda xəttlərdə fəaliyyət göstərən və sərnişin daşıyan “QAZEL”lərin hamısı yanacaq kimi maye qazdan istifadə edirlər. Bu qanunsuz olmaqla yanaşı hər an partlayışla nəticələnə bilər. Sərnişinlər məcburiyyətdə mənzil başına risk edərək çatırlar. Şəhər sakinlərinin bildirdiyinə görə marşrutlara oturan zaman içəridə daim qaz sızmasının olduğunu anlamaq çətin deyil. İnsanların həyatına hər an yaranan təhlükədən xəbərdar olan aidiyyatı orqanlar “Simurq kompaniya”sının rəhbərliyini bu qanunsuzluqdan çəkindirməyə cəhd belə göstərmirlər.
Apardığımız müşahidələr və sürücülərlə söhbət zamanı məlum oldu ki, sərnişin daşıyan mikroavtobusların qaz yanacağından istifadəsi qanunsuz olsa da, onlar buna məcburiyyətdən getməli olurlar. Deyirlər ki, “biz də yaxşı bilirik bu təhlükəlidir. Marşrutlarda hər yaşda insanı, eləcə də körpə uşaqları ünvanlara daşıyırıq. Hər an partlayış ola bilər. Amma müəssisə tərəfindən qoyulan planı ödəmək üçün benzin yanacağından istifadə etməyə imkanımız çatmır. Məcbur olub qanunsuz yolla evimizə bir tikə çörək aparırıq”.
Nə qədər acı olsa da Gəncədə insanların həyatına yaranmış təhlükədən xəbərdar aidiyyatı orqanlar müəssisə rəhbərliyi ilə razılaşma əldə edə biliblər və möcud duruma biganə qalıblar. Qısası, insanların həyatı ciblərə gedən hörmətlərə qurban verilib. Məsələ İlə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə agentlik də susmağa üstünlük verib.
Acınacaqlı məqamlardan biri də kompaniyanın rəhbərliyi altında şəhərdə 30-a yaxın gizli xətt üzrə onlarla marşrutun fəaliyyət göstərməsidir. Gizli marşrutlar isə əsasən şəhərin bir sıra məmurlarınındır və bu mikro avtobuslardan toplanan pulun məbləği isə adlarını gizli saxlayan məmurlara çatır. Lakin bu cür pay xəttlərdən əldə edilən gəlirdən dövlətə heç bir vergi ödənilmir.
Burda nəzarətçi bəlası da var ki, hər marşurut üzrə işləyən sürücü mütləq onları görməli və rüşvət verməlidirlər. Yolda duran dispetçerin haqqı isə tamam ayrıdır. Haqqın məbləğini sürücülər 1 manat dəyərində qiymətləndirirlər. Qarajda yol vərəqini işdən sonra qəbul edən dispetçer də öz haqqının sahibidir.
Aldığımız məlumatlara görə “etibarlı” sürücülərə işə çıxarkən iki ədəd yol vərəqi verilir. Bu vərəqələrdən biri nömrəli, digəri isə nömrəsiz olur. İşdən qayıdan kimi nömrəsiz yol vərəqi sürücüdən alınıb yox edilir, qazanılan pullar mənimsənilir. İkinci halda isə nömrəli yol vərəqində sürücü tərəfindən tam görülmüş iş yarımçıq göstərilir.
Beləliklə, marşrutlardan toplanan pullar mənimsənilərək, vergidən gizlədilir. Bu “əməliyyatlar”ın nəticəsində dövlətə milyonlarla manat ziyan vurulur.Məhz yuxarıda qeyd etdiyimiz nöqsanlar sərnişindaşımada korrupsiya və özbaşınalıq araşdırılaraq vergidən yayınmaya görə “Gəncə Simurq-Kompaniyası”na 90 min manat cərimə tətbiq olunub.
“Simurq kompaniya”sının rəhbərl Əflatun Əliyev əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini düzgün yerinə yetirməyərək , vergi ödəyicisinin fəaliyyətinə görə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olan şəxs kimi Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına yanlış məlumat verməklə külli miqdarda hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu əmələ görə Əflatun Əliyev  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə  cinayət məsuliyyətinə cəlb edilməlidir.Pandemiya dönəmində tabeçiliyində çalışan işçilərə verilməli olan vəsaitlərin həzmrabedən keçirməsi dözülməz olduğundan bu fakta görə cavab verməlidir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.
Bu gün biz də media qurumu olaraq dövlətin və ehtiyaclar içərisində çabalayan əhalinin yanındayıq. Elə bu üzdən də “Gəncə Simurq-Kompaniyası” adlı sərnişin daşıma müəssisəsində araşdırma nəticəsində əldə etdiklərimizi səlahiyyət sahiblərinin diqqətinə çatdırmağı lazım bildik.
Movzuya qaydacağıq.

Mənbə:“dünyanınsəsi”