Deputat pandemiya dönəmindəki vəziyyətdən yazdı

158

May bayramlar ayıdır.Bu bayramların ən dəyərlisi,hər bir azərbaycanlı üçün ən əzizi isə 28 may-Respublika günüdür. Hər il xalqımızın yüksək səviyyədə qeyd etdiyi möhtəşəm tarix. Pandemiya təhlükəsinin hələ də mövcud olduğu şəraitdə çoxlarımız növbəti Respublika gününün istədiyimiz,arzuladığımız təntənə ilə,layiqli şəkildə keçirilməsinin mümkünsüzlüyünü təəssüf hissilə qəbul etməyə hazırlaşarkən dövlətimizin başçısı ,öz addımı ilə yenə də bizə qürur yaşatdı,2020-ci ilin 28 mayını ,yüzlərlə insana həyatının ən böyük sevincini bəxş etməklə,daha yaddaqalan,unudulmaz etdi.Təbii ki,bir azərbaycanlı olaraq bu sevincdən bizə də pay düşdü.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə həmin gün paytaxtın Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı oldu. İstifadəsiz və təbii ki,baxımsız ,eyni zamanda heç bir sosial infrastrukturun mövcud olmadığı ərazidə birinci vitse-prezident,H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu,son 3 il ərzində bu artıq ücüncü yaşayış kompleksidir ki,qaçqın və məcburi köçkünlərin istifadəsinə verilir.Bundan əvvəl “Qobu-1” və “Qobu-2” yaşayış komplekslərinin istifadəyə verilməsi ilə birincidə 11 doqquzmərtəbəli yaşayış binasında 1026 ,ikincidə onmərtəbəli 13 yaşayış binasında 1300 ailə mənzil sahibi olmağın sevincini yaşayıb.Komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.Bir sözlə,bu şəhərciklərdə insanlar hər cür rahatlıqla təmin olunub,onların övladlarının təhsili,inkişafı üçün ən ideal şərait yaradılıb. Artıq “Qobu Park-3” yaşayış kompleksində 13 onmərtəbəli,1336 mənzilli yaşayış binası qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə verilib. Yeni kompleksdə də sakinlərin rahatlığı üçün nə lazımdırsa edilib.Mənzil sahibləri mətbəx mebeli, soyuducu almaq qayğısına qalmayayıblar.Çünki bütün mənzillər nəinki mətbəx mebeli,soyuducu,həmçinin fərdi kombi sistemi ilə də təchiz edilib.

Ən əhəmiyyətlisi isə kompleksin ərazisində istehsal sahələrinin,ticarət obyektlərinin,digər zəruri infrastrukturun yaradılmasıdır.Kompleksdə istehsal sahələrinin yaradılması təqdirəlayiqdir.Bu indiyədək yaradılmış qacqın və məcburi köçkün şəhərcikləri arasında bir ilkdir. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastikdə oyuncaqlar isə 10 çeşiddə olacaq. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunmasl nəzərdə tutulur. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park -3”ün sakinlərindən formalaşdırılacaq.Bundan başqa,qadınlar üçün xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək.Digər istehsalyönümlü kiçik müəssisələr artıq fəaliyyətə hazırdır.

Bu gün dünya iqtisadi və maliyyə böhranı yaşayır.Amma ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayan sosial-iqtisadi inkişaf eyni templə davam etməkdədir.Və bu inkişaf dövlətə imkan verir ki,öz vətəndaşlarının,xüsusilə də onların ən həssas hissəsi olan qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirsin. İndiyədək bu kateqoriyadan olan 300 mindən çox insanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması dediklərimizə sübutdur.Dövlət başçısının söylədiyi kimi,”məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur,heç bir proqramın ixtisarı nəzərdə tutulmur”.

Qarşıda görüləsi işlərsə kifayət qədər çoxdur.Prezident bunun anonsunu da verib:”Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq”.

Pandemiya ,neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi müəyyən çətinliklər yaratsa da ,Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsində inkişaf tempi qorunub saxlanılır.Aparılan islahatlar insan amilinin yüksəlişinə xidmət edir.İqtisadiyyatla bərabər sosial sahələr də inkişaf etdirilir. Görülən hər iş,qəbul edilən hər qərar “sosial dövlət”konsepsiyasına sadiqliyin təsdiqidir.

Cənab İlham Əliyev ölkəmizin inkişafı,xalqımızın sosial rifahı naminə fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu uğurla nümayiş etdirir.Belə bir liderin rəhbərliyi altında Azərbaycan hələ bundan da gözəl günlər yaşayacaq. Xalqa və dövlətə şərəfli xidmət bunu zəruri edir.

İlham MƏMMƏDOV, millət vəkili.

Kanal32.az