“Azərişıq”ın əməkdaşları niyə güllələnib?-ŞOK SƏBƏBLƏR

348

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Sakinlər iddia edir ki,“Cənub” Regional Enerji Təchizatı Satış İdarəsinin yeni rəisi vətəndaşları dövlət qarşı qaldırır.

Kanal32.az-ın redaksiyasına məlumat verən  Yeddioymaq kənd sakinlərinin bildirdiyinə görə,yeni rəis gələr-gəlməz  düşüb sakinlərin canına. Ölkədə karantin rejiminin olmasını nəzərə almadan göstəriş verib ki, kimin enerji borcu varsa heç bir xəbərdalıq edilmədən dərhal işıqları kəsilməlidir. Öz növbəsində rəis Arif Məmmədovun göstərişi ilə “Azərişıq” ASC-nin əməkdaşları qapı-qapı gəzərək onun göstərişlərini yerinə yetiriblər. Sakinlər iddia edir ki, onlar maddi imkanı heç də yaxşı olmayan kənd adamlarına  qarşı olduqca aqressiv davranıblar və kobudluq nümayiş etdiriblər.Bu da nəticədə qarşıdurmaya səbəb olub.

Bu zaman suallar yaranır: Görəsən, yeni rəis “işləyən məmur ” görüntüsü yaratmaqla  özünü kimə sübut etmək istəyir?

-Və ya onun qarşıdurma yaratmaqda MƏQSƏDİ NƏDİR?

-Mövcud problemi izahat və danışıqlar yolu ilə həll etmək o qədərmi çətindir?

-Bəlkə bu şəxs də son günlər bölgələrdə gərginlik yaratmaqda maraqlı olan qüvvələr tərəfindən yönləndirilir?

Bax bu suallar cəmiyyəti çox ciddi şəkildə narahat edir…

Yəqin ki,yaxın günlərdə baş vermiş hadisənin səbəbləri obyektiv şəkildə araşdırılaraq ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, yeni rəis Arif Məmmədov  2020-ci il mayın 13-də “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsindən azad edilərək  “Cənub” RETSİ-nin rəisi vəzifəsinə təyin edilib.

Kanal32.az