Prezident qalmaqallı naziri işdən çıxardı

652

Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət nazirini işdən çıxarıb.

Kanal32.az xəbər verir ki, Prezidentin bu gün imzaladığı sərəncamda deyilir:

“Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki. Ə.Qarayev 26 il idi ki, nazir postunu tuturdu:

1994-2001-ci illərdə – Gənclər və idman naziri;
2001-2006-cı illərdə – Gənclər, idman və turizm naziri;
2006-2018-ci illərdə – Mədəniyyət və turizm naziri;
2018-cı ildən – Mədəniyyət naziri.