Şəkini çökdürən,özünə isə villalar tikdirən icra başçısı-FOTOLAR

219

Avropada yaşayan fəal Həbib Müntəzir Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun varidatını açıqlayıb.

Kanal32.az gununsesi.org-a istinadla həmin materialı təqdim edir :

“Tanış olun, baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğlu, Şəkinin icrabaşı Elxan Usubov. Şəkini ağlar günə qoyan və bir həftə sonra 60 yaşı olacaq, 14 illik icrabaşının mənə bəlli olan varidatını paylaşıram ki, DTX təcili şəkildə ölçü götürsün, ona da yubiley hədiyyəsi olsun. Siz də maksimum paylaşın, mümkünsə:

Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi, Şəkidəki süd zavodu, Şəkidəki “Sünbül” çörəkbişirmə sexi, Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” hoteli, Şəkinin Kiş kəndindəki “Narınqala” hoteli, Şəkinin Kiş kəndində “Şam bağı” hoteli, Kiş kəndində “Cənnət bağı” hoteli, Dağüstü park deyilən yerdəki “Panaroma” hoteli, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri, Ağstafada bir malikanə, Gürcüstanda böyük fındıq zavodu, “CHEMİCO CO LTD” MMC şirkəti və “A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı).

Bunlardan əlavə siyahıya Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri də daxildir.

P.S. Bütün bunlar Elxan Usubovun qanunsuz əməllərinin sadəcə bapbalaca bir hissəsidir.Onun bələdiyyə sədrləri və icra nümayəndələri ilə yüz hektarlarla torpaq oyunları haqqında əməlli-başlı kitab yazmaq olar.Məsələn, Kiçik Dəhnənin torpaq şefi Əlvida Calalov kimi “yağlı” bələdiyyə sədrləri bu kişinin ən yaxın dostlarındandır.