Kəlbəcər Rayon İcra Hakimiyyəti qanvermə aksiyası keçirdi -FOTOLAR

135

Yeni təyin edilən icra başçısı Azər Qocayev qanvermə aksiyası təşkil edib və özü də qan verib.

Kanal32.az xəbər verir ki,Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq  qanvermə aksiyası keçirib.

Karantin rejiminin bütün tələblərinə uyğun şəkildə təşkil olunan qanvermə aksiyasında 12 nəfər donordan qan götürülüb. Yığılan qan ehtiyatı Gəncə Qan Bankına təhvil verilib. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.