Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı-Azərbaycan isə siyahıda…

Finlandiya ardıcıl olaraq beşinci dəfə dünyanın ən xoşbəxt ölkələri siyahısında lider olub.

Kanal32.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“World Happiness Report” reytinqi hər il tərtib edilir. Orada dünyanın 146 ölkəsinin qiymətləndirilməsi aparılır. Qiymətləndirmə zamanı ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəricilər nəzərə alınır. İlk reytinq 2012-ci ildə tərtib edilib.

Dünyanın ən xoşbəxt ölkələrinin ilk onluğuna həmçinin Danimarka, İslandiya, İsveçrə, Niderland (Hollandiya), Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxil olub. ABŞ siyahıda 16-cı, Böyük Britaniya 17-ci, Fransa isə 20-ci yer alıb.

Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı nəticəni Litva və Estoniya göstərib – 34-cü və 36-cı yeri tutub. Qazaxıstan 40-cı, Latviya 42-ci, Özbəkistan 53-cü, Moldova 62-ci, Belarus 65-ci, Türkmənistan 78-ci, Rusiya 80-cı, Azərbaycan 92-ci, Ermənistan 82-ci, Tacikistan 83-cü, Ukrayna 98-ci, Gürcüstan isə 105-ci yerdə qərarlaşıb.

Reytinqin sonuncu sıralarını Əfqanıstan və Livan tutub.