Misir Prezidenti Abdel Fattah Al Sisinin himayəsi altında Şarm Əl-Şeyx şəhəri 10-13 yanavr 2022-ci il tarixlərində “İncəsənət və mədəniyyət inkişafın bir hissəsidir və insan hüququdur” şüarı altında keçiriləcək dördüncü Dünya Gənclər Forumuna ev sahibliyi edəcək.
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Adel İbrahim bildirdi ki, xüsusilə Misir və Azərbaycan gəncləri arasında, ümumiyyətlə isə Forumda iştirak edəcək dünya gəncləri arasında əlaqələrin və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə maraq çərçivəsində bu il Ümumdünya Gənclər Forumunun Təşkilat Komitəsi Azərbaycan Respublikasından 34 gəncinin Forumda iştirakını təsdiq etmişdir.
Səfir qeyd etdi ki, Forum Prezident Abdel Fattah Al Sisinin himayəsi altında keçirilən illik qlobal tədbirdir və tədbirin məqsədi dialoqu təşviq etmək, inkişaf məsələlərini müzakirə etmək və Misirdən dünyaya sülh və firavanlıq mesajı göndərmək üçün dünya gənclərini bir araya gətirməkdən ibarətdir.O, Forumun, dünya liderlərinin və nüfuzlu şəxsiyyətlərin iştirakı ilə öz fikirlərini bildirmək, tövsiyə və təşəbbüslərlə çıxış etmək istəyən dünyanın müxtəlif yerlərindən olan gənclər üçün zəngin beynəlxalq tədbir sayıldığnı, dünyanın aparıcı qərar qəbul edən şəxsləri və mütəfəkkirləri ilə əlaqə yaratmaq imkanı verməklə yanaşı dünyanın müxtəlif millətlərindən olan perspektivli gənclərlə görüşmək üçün bir fürsət olduğunu vurğuladı.
Diplomat onu da əlavə etdi ki, bu ilki Forum üç əsas mövzudan bəhs edəcək : (sülh – inkişaf – yaradıcılıq). Bunlar vasitəsilə gəncləri maraqlandıran çoxlu sayda müxtəlif mövzular müzakirə olunacaq.Bu da özlüyündə, görüşlər və seminarlar vasitəsilə fikirləri ifadə etmək, ideyaları təqdim etmək və təcrübə mübadiləsi aparmaq üçün bir platforma yaradacaq.
Misir Səfiri, bu ilki Forumun üç əsas mövzuya: sülh, inkişaf və yaradıcılıq mövzularına müraciət etdiyini, Forumda gənclər üçün maraq doğuran bir sıra müxtəlif mövzuların müzakirə olunacağını və həmçinin bu Forumun görüşlər və seminarlar vasitəsilə fikirləri ifadə etmək, ideyaları təqdim etmək və təcrübə mübadiləsi aparmaq üçün bir platforma olduğunu əlavə etdi.
Diplomat onu da diqqətə çatdırdı ki, birinci Forum 2017-ci ilin noyabr ayında 113 ölkədən 3000 gəncin, ikinci Forum 2018-ci ilin noyabr ayında 169 ölkədən 5000-dən çox gəncin (Azərbaycandan 14 gənc iştirak edib), üçüncü Forum isə 2019-cu ilin dekabr ayında 197 ölkədən 7000-dən çox gəncin (Azərbaycandan 32 gənc iştirak edib) iştirakı ilə keçirilmişdir.